Gündəm

Beş şəhərdə ödənişsiz İT təlimləri keçiriləcək

Sharing is caring!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə ödənişsiz informasiya texnologiyaları (İT) təlimləri regionlarda davam etdirilir. Bölgələrdə gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən “İT texnik” təlimində iştirak təqaüd proqramı əsasında olacaq.

Təlimləri “İKT LAB” Tətbiq və Tədris Mərkəzi Zaqatala, Mingəçevir, Şamaxı, Gəncə və Şəki şəhərlərində yerləşən tədris mərkəzlərində keçirəcək. Digər regionlardan olan şəxslərin dərslərə onlayn qoşulmaq imkanı olacaq. Fevral ayında başlayan təlim 3 ay müddətində davam edəcək.

Kursu uğurla bitirənlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin sertifikatı ilə təltif olunacaqlar.

Təlimlərdə iştirak üçün 30 yanvar tarixinədək bu link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Təlimlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, UNESCO təşkilatının və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi, “Aztelekom” MMC-nin tərəfdaşlığı ilə “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən “Gənc İT peşəkarlar” layihəsi çərçivəsində təşkil olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir