Dünya

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 2000 dollardan çox) və Vake (kvadratmetr üçün 1,8 min dollar) mərkəzi ərazilərindədir. Ən ucuzlar […]

Dünya

Rusiyalı ekspertdən Ermənistandakı etirazlarla bağlı proqnoz

Ermənistanda Azərbaycanla sərhəddə davam edən delimitasiya prosesi ilə bağlı etirazların respublikada ciddi siyasi böhrana gətirib çıxaracağı ehtimalı yoxdur. Bu fikri TASS-a açıqlamasında Rusiya Elmlər Akademiyasının Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin deyib. “Etirazların ciddi inqilaba gətirib çıxaracağı ehtimalı azdır, lakin ümumilikdə bu, Nikol Paşinyan üçün ciddi çağırışdır”, – ekspert bildirib. Analitikin fikrincə, başlayan […]

Dünya

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır – 1 258 500 min nəfər. Ölkə əhalisinin orta yaşı 38, orta ömür uzunluğu […]

Dünya

Ermənistanda İrana məxsus avtobus aşdı: Ölənlər var

Ermənistanda İrana məxsus avtobus qəzaya uğrayıb. Məlumata görə, avtobus Qoris-Kapan yolunun Verin Xotanan kəndi yaxınlığında dərəyə yuvarlanıb. Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin ilkin məlumatlarına görə, qəza nəticəsində üç nəfər ölüb, altı nəfər yaralanıb. Bildirilir ki, avtobus İran dövlət qeydiyyat nişanlı olub. Mənbə: Sputnik Xeberal.az

Dünya

Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?

“Qəzza zolağının minalardan təmizlənməsi və dağıntıların təmizlənməsi 14 il çəkəcək”. Bunu BMT-nin minalarla mübarizə üzrə yüksəkvəzifəli rəsmisi Per Lodhammar bildirib. Onun sözlərinə görə, müharibə nəticəsində anklavın ərazisində 37 milyon tona yaxın dağıntı yaranıb. Eyni zamanda, partlamamış hərbi sursatların dəqiq sayını söyləmək mümkün deyil. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin məlumatına görə, son 24 saat […]

Dünya

İrəvan aksiyalarında Koçaryan izi – ŞƏRH + FOTO

Ermənistanın ikinci prezidenti Robert Koçaryanla baş nazir Nikol Paşinyanın “ulduzları”, deyəsən, heç vaxt barışmayacaq. 2018-ci ildə Sorosun dəstəyi ilə hakimiyyətə yiyələnən Nikol hər vəchlə 2008-ci ilin mart hadisələrinin acığını çıxmaq üçün və siyasi opponentini zərərsizləşdirmək üçün müxtəlif üsullara əl atıb. Koçaryan da öz növbəsində ölkədəki qarışıqlıqdan, xaosdan istifadə etmək, xalqı küçələrə tökmək, hakimiyyəti devirmək üçün […]

Dünya

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Azərbaycan cüdoçusu Elcan Hacıyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib. AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəkidə mübarizə aparan idmançı həlledici qarşılaşmada yarımfinalda Azərbaycanın digər təmsilçisi Murad Fətiyevi məğlub edən macarıstanlı Kristian Totla üz-üzə gələcək. M.Fətiyev isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Laşa Bekauri ilə görüşəcək. 100 kiloqramda çıxış edən Zelim Kotsoyev də […]

Dünya

ABŞ səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib – FOTO

“Bugünkü mina partlayışı nəticəsində ANAMA əməkdaşının yaralanması xəbəri bizi kədərləndirdi”. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib. Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazilərinin minalardan təmizlənməsi üzrə səyləri dəstəkləyir. Səfirlik eyni zamanda indiyədək baş vermiş mina partlayışları nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. Qeyd edək ki, bu gün işğaldan azad […]

Dünya

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü

Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürüb. Hadisə Zelenoqrad şəhərində baş verib. Bildirilir ki, “QAZel” markalı avtomobilin sürücüsü maşının mühərrikini söndürmədən yükünü boşaltmağa gedib, bu zaman bir qız maşının kabinəsinə minib. Prokurorluğun yaydığı videogörüntülərdən aydın olur ki, yük maşını hərəkətə başlayan kimi qız kabinədən tullanıb, bundan sonra idarəetməsi itmiş “QAZel” piyadaların […]

Dünya

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək – VİDEO

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. “Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesab olunub və sökülməlidir, 61-i isə yaşayış üçün yararlıdır”, – deyə hökumətdən bildirilib. Xatırladaq ki, Orenburq vilayətində daşqınlarla […]