Dünya

Alov saçan robot it satışa çıxarıldı

ABŞ-də satışa alov qurğusu ilə təchiz edilmiş robot it satışa çıxarılıb. Aparatın qiyməti doqquz min dollardan yuxarıdır. Onu həm dövlət qurumları, həm də fərdi şəxslər ala bilərlər. Tərtibatçılar hesab edirlər ki, robot planlı yandırma yolu ilə meşə yanğınlarının qarşısını almaq və ya qar təmizləmək üçün istifadə edilə bilər. Qeyd edək ki, cihaz ABŞ-də federal olaraq […]

Dünya

Vaşinqtonda ermənilərin “qondarma soyqırımı” yalanlarına qarşı həmrəylik aksiyası keçirilib

Türkiyənin ABŞ-dəki səfirliyinin qarşısında ermənilərin 24 aprel “qondarma soyqırımı” yalanlarına qarşı həmrəylik aksiyası keçirilib. “Report” xəbər verir ki, “Erməni yalanlarına son” şüarı ilə keçirilən aksiya Türkiyə-Amerika Milli İdarəetmə Komitəsi (TASC) tərəfindən təşkil olunub. TASC rəsmisi Məhəmməd Sami Görgülü “Report”a açıqlamasında bildirib ki, aksiyanı keçirməkdə məqsəd erməni lobbisinin yalanlarını ifşa etməkdir: “Ermənilərin “qondarma soyqırımı” iddialarını tanımaqla […]

Dünya

Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur

Rusiyanın Kama vilayətində Yayva kənd sakinini zorlamaqda və qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı məktəbli saxlanılıb. İstintaq xarici müşahidə kameralarından istifadə edərək müəyyən edib ki, yeniyetmə 21 yaşlı qadınla meşədə olub. Qadının çılpaq cəsədi uşaq bağçasının yaxınlığındakı arxdan tapılıb. İstintaq Komitəsindən verilən məlumata görə, qadının qətlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmamış, 2008-ci il təvəllüdlü […]

Dünya

Mbappe və Dembellenin dublu PSJ-yə qələbə qazandırdı

Fransa Liqa 1-in 30-cu turu çərçivəsində autsayder “Loryan” lider PSJ-ni qəbul edib. Oyun gözlənildiyi kimi paytaxt klubunun qələbəsilə başa çatıb. Mbappe və Dembellenin dublu PSJ-yə böyükhesablı qələbə qazandırıb. Ev sahibləri bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar – 1:4. Hazırda PSJ 69 xalla turnir cədvəlində ilk sırada qərarlaşıb. Onun rəqibi isə 26 xalla 17-cidir. Xeberal.az

Dünya

Londonda Kral Süvari Qvardiyasının atları təlim zamanı şəhərə qaçıblar: Beş nəfər yaralanıb – VİDEO

Londonda Kral Süvari Qvardiyasının beş atı bu səhər təlim zamanı şəhərə qaçıb. Məlumata görə, mühafizəçilər onları tutmağa çalışırlar. Onlardan biri turist avtobusuna çırpılıb və avtomobilin ön şüşəsini sındırıb. Üç müxtəlif məhəllədə beş nəfərin yaralandığı bildirilir. Hələ ki, atları tutmaq mümkün olmayıb. Mənbə: RİA Novosti Xeberal.az

Dünya

İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi

İlon Mask Hindistan və Meksikada yeni “Tesla” fabriklərinin tikilməsi planlarını təxirə salmaq və istehsalı artırmaq üçün mövcud müəssisələrdən daha fəal istifadə etmək qərarına gəlib. ABŞ elektrik avtomobil istehsalçısı 2024-cü ildə avtomobil istehsalını 2023-cü illə müqayisədə 1,5 dəfə artıraraq təxminən üç milyon ədədə çatdırmağı gözləyir. Bu yaxınlarda “Tesla” dəyəri iki milyard dollardan üç milyard dollara qədər […]

Dünya

100 yaşı münasibətilə vals oynadı, şərəfinə parad təşkil edildi: Almatıdan maraqlı görüntülər – FOTO/VİDEO

Qazaxıstanın Almatı şəhərindən olan Böyük Vətən müharibəsi veteranı Tamara Maksimovanın 100 yaşı tamam olub. Günün qəhrəmanı üçün şəxsi parad təşkil olunub. Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb. Bildirilib ki, yerli paraşütçülər onu ad günü və qarşıdan gələn Qələbə günü münasibətilə təbrik ediblər. O, yubileyini vals oynamaqla qeyd edib. Məlumata görə, Tamara Aleksandrovna Moskvada 9-cu sinfi bitirdikdən […]

Dünya

Rusiyada qadın xəstə itini maşının arxasına bağlayıb yolboyu sürüdü – VİDEO

Rusiyanın Krasnoyarsk şəhərində qadın itini maşına bağlayıb və yolboyu sürüyüb. Qadının dediyinə görə, o, itini müayinə üçün baytara aparmaq istəyib. Lakin heyvanı maşının yük yerinə mindirə bilməyib. Ona görə də alabay cinsindən olan itinin qayışını yük yerinin qapısına bağlayaraq həkimə aparmaq qərarına gəlib. Nəticədə it yolboyu sürüklənib. Hadisəyə şahid olan yerli sakinlər dərhal polisə xəbər veriblər […]

Dünya

Məşhur idman malları istehsalçıları arasında məhkəmə çəkişməsi başlayıb

Dünyanın ən məşhur idman malları istehsalçıları olan “Adidas” (Almaniya) və “Nike” (ABŞ) arasında yaranan mübahisə ilə bağlı apellyasiya prosesi başlayıb. Qeyd edilib ki, fikir ayrılığına səbəb Avropa istehsalçısının xarakterik dizayn elementi olan üç paralel zolaq olub. 2022-ci ildə şirkət “Nike” məhsullarında oxşar zolaqlar aşkarlayıb və rəqibini müəllif hüquqlarını pozmaqda günahlandıraraq məhkəməyə müraciət edib. Mənbə: Die Zeit Xeberal.az

Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu – VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub. Bu barədə yerli meteoroloqlar bildiriblər. Məlumata görə, təxliyə edilən sakinlərin sayı artıq 150 minə yaxınlaşıb. Qeyd edək ki, vilayətdə günlərdir hökm sürən təbii fəlakət torpaq sürüşmələri və insan ölümləri ilə nəticələnib. Bundan başqa, 10-dan çox insanın itkin […]