Dünya

London Ukraynaya uzaqmənzilli qanadlı raketlər verir

Böyük Britaniya Ukraynaya 500 milyon funt sterlinq (617 milyon dollar) dəyərində yeni hərbi yardım paketi ayıracaq. Bildirilir ki, bu barədə ilk rəsmi açıqlamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak Polşaya səfər çərçivəsində jurnalistlərə açıqlamasında qeyd edəcək. Maliyyə yardımından əlavə, London Kiyevə “Storm Shadow” (“Fırtına Kölgəsi”) uzaqmənzilli qanadlı raketlər də verəcək. […]

Dünya

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar.  Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır.  Mənbə: Pastinfo Xeberal.az

Dünya

Dövlət Departamenti: “Ermənistan hərbi cinayətlərin araşdırılmasında heç bir irəliləyiş əldə etməyib”

“Ermənistan 2020-ci ildə Azərbaycanla döyüşlər nəticəsində (44 günlük müharibə) ermənidilli cinayətkarlar tərəfindən törədilmiş hərbi cinayətlərin araşdırılmasında heç bir irəliləyiş əldə etməyib”. Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Ermənistanda insan haqlarının vəziyyətinə dair illik hesabatında bildirilib. Sənəddə deyilir ki, 2020-ci ilin payızında şiddətli döyüşlər zamanı ermənidilli cinayətkarların hərəkətlərini araşdırmaq üçün Ermənistan hökuməti tərəfindən “Silahlı […]

Dünya

Anjey Kasprşik – ATƏT fəaliyyətinin göstəricisi + ŞƏRH + FOTO

Vaxtı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, Minsk qrupu və həmsədrlər kimi qurumlar var idi. Azərbaycanın 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək torpaqlarını Ermənistanın işğalından azad etməsi ilə onların da mövcudluğu tarixə göndərildi. Ancaq nə qədər qəribə də olsa, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik hələ də […]

Dünya

ABŞ-də polis bir evdə beş nəfərin cəsədini tapıb

Oklahoma (ABŞ) şəhərində yaşayış binasında beş nəfərin meyiti tapılıb. Məlumata görə, ölənlər arasında iki uşağın olduğu qeyd edilir. Cəsədləri yaşayış binasına çağırış üzrə gələn polis əməkdaşları aşkarlayıblar. Meyitlər üzərində zorakılıq əlamətləri qeydə alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Mənbə: İz.ru Xeberal.az

Dünya

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb

Avropa Parlamentinin Belçikadan olan üzvü Assita Kanko Avropa diplomatiyasının rəhbəri Jozep Borrelə ​​yazdığı məktubda aprelin 13-dən 14-nə keçən gecə İsrailə hücuma görə Avropa İttifaqını (Aİ) İrana qarşı yeni sanksiyaların tətbiqinə çağırıb. Kanko məktubunda İrana ballistik raket komponentlərinin tədarükünə qadağa qoyulmasını təklif edib. Onun sözlərinə görə, bu məsələ son aylarda İranın HƏMAS-a dəstəyinə görə mümkün sanksiya […]

Dünya

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyaları vardır. Onların əsas məqsədi ictimai əhəmiyyət kəsb edən məsələlərdə qərarvericilərə tövsiyələr hazırlamaq və geniş sosial müzakirə mövzuları yaratmaqdır. AZƏRTAC xəbər verir […]

Dünya

Malayziyada helikopterlər təlim zamanı qəzaya uğradılar – ANBAAN VİDEO

Malayziyanın Lumut şəhərində hərbi parada hazırlaşan helikopterlərin təlim uçuşu zamanı qəza baş verib. Malayziyanın Yanğınsöndürmə və Xilasetmə Xidmətinin məlumatıma görə, hadisə zamanı hər iki helikopterdə olan ümumilikdə 10 ekipaj üzvü həlak olub. Yerli mediada yayılmış görüntülərə əsasən, yanaşı uçan helikopterlərdən biri digərinin pərinə ilişib, bundan sonra hər iki hava nəqliyyatı vasitəsi qəzaya uğrayıb. Həmin görüntüləri […]

Dünya

Dueyn Conson: “MMA üzrə məşqlərə başlayıram” – VİDEO

Məşhur Hollivud aktyoru və güləşçisi Dueyn Conson “Smashing Machine” adlanacaq növbəti filminə hazırlıq üçün qarışıq döyüş sənəti (MMA) üzrə məşqlərə başlayır. Bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib. “Smashing Machine” filmindəki növbəti roluma hazırlaşmaq üçün 2024-cü ildə ikinci təlim düşərgəm başlayır. “WrestleMania”ya görə bədənim gücdən düşüb, lakin heç bir zədəm yoxdur və özümü əla […]

Dünya

Rusiyada ürküdücü hadisə: Göldə üzən tabutlar – VİDEO

Rusiyanın Saransk şəhərində (Mordoviya Respublikasının paytaxtı) qəribə və eyni zamanda ürküdücü hadisə baş verib. Meşədəki gölün kənarında gəzən sakinlər sahilə yaxın suda üzən tabutlarla qarşılaşıblar. Hakimiyyət orqanları tabutları açmağa qərar veriblər. Lakin tabutlar boş olub və içində heç nə olmayıb. Təhlükə yaratmasalar belə, hər ehtimala qarşı tabutların utilizə edilməsinə qərar verilib. Qeyd edək ki, Mordoviya […]