Dünya

Ukraynada son vəziyyət: “Azov”çuların döyüş nöqtəsindən – VİDEOREPORTAJ

Ukraynada gedən müharibə fonunda göstərdikləri döyüş üstünlüyünə, əsasən də 2022-ci ildə Mariupolun müdafiəsində göstərdikləri dirənişə görə daha çox diqqət çəkən “Azov” briqadası yenidən cəbhənin müxtəlif həlledici nöqtələrində döyüşlərə qatılıb. Ən həlledici döyüş tapşırıqlarını yerinə yetirən “Azov” briqadasının bölmələrində cəmləşən şəxsi heyətin özünün daxili qaydaları var. Bu hərbi intizam prinsiplərindən tutmuş adi ünsiyyət qaydasına qədər müxtəlif […]

Dünya

Rusiyanın Baş naziri Azərbaycana iki günlük səfərə gəlir

Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır. Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşlər keçirəcək. Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə xüsusi […]

Dünya

ABŞ-də bir şəhər süpürümlərin “istilasına” məruz qaldı – VİDEO

ABŞ-nin qərbində, Yuta ştatında yerləşən Saut-Cordan şəhəri süpürümlərin (çöl bitkisi) “istilasına” məruz qalıb. Yerli medianın məlumatına görə, güclü külək minlərlə alaq otunu şəhərə sürükləyib. Küçələri, evləri, yolları basan bu bitkilər şəhərdə nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb. Bildirilir ki, hazırda kommunal xidmətlər küçələri təmizləməklə məşğuldur. Şəhər sakinləri alaq otlarının görüntülərini sosial şəbəkələrdə paylaşıblar və yaranmış vəziyyətə […]

Dünya

Rusiyada şir 14 yaşlı məktəbli qıza hücum edib – FOTO

Rusiyanın Saratov şəhərində yerləşən müəssisələrindən birinin ərazisində şir 14 yaşlı məktəbli qıza hücum edib. Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, yırtıcı Saratov müəssisəsində volyerdə saxlanılıb. Qolundan xəsarət alan qız xəstəxanaya çatdırılıb. Həkimlər ona lazımi yardım göstəriblər. Hadisədən sonra müstəntiqlər yoxlama təşkil ediblər. Hadisənin baş verdiyi şərait müəyyənləşdirilir. Mənbə: lenta.ru […]

Dünya

Türkiyədə qiymət artımı sürətlənib

Fevralın sonunda Türkiyədə istehlak qiymətlərinin artımı sürətlənərək 67,07% təşkil edib. Bu barədə Türkiyə Statistika Qurumuna (TÜİK) istinadən məlumat yayılıb. Fevralda ən böyük artım mehmanxana biznesi və restoranlarda (+ 94,78%), o cümlədən təhsildə (+ 91,84%) və səhiyyədə (+ 81,25%) qeydə alınıb. Öz növbəsində analitiklər qışın son ayı ərzində qiymət artımının ən aşağı tempini hazır geyim və […]

Dünya

Rumıniyanın “Baş naziri: Azərbaycanla ümumi layihələri dəstəkləməyə hazırıq”

Rumıniyanın Baş naziri Marçel Çolaku Buxarestdə Viktoriya sarayında Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Dursun oğlu Osmanovu qəbul edib. “Report”un məlumatına görə, rəsmilər Rumıniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər. Baş nazir Çolaku hər iki ölkənin Strateji Tərəfdaşlıq çərçivəsində iqtisadi əməkdaşlıq, investisiyalar, enerji və təhlükəsizlik baxımından ümumi maraq doğuran layihələri dəstəkləməyə hazır olduğunu […]

Dünya

Türkiyədə zəlzələ: İstanbulda da hiss edildi – FOTO

Türkiyənin Çanaqqala şəhərində zəlzələ qeydə alınıb. Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsindən (AFAD) xəbər verilib. Axşam saatlarında baş verən yeraltı təkanlar İstanbul və ətraf vilayətlərdə də hiss olunub. Məlumata görə, 4,9 bal gücündə zəlzələnin ocağı yerin 10,44 kilometr dərinliyində olub. Dağıntılar və tələfat barədə məlumat verilməyib. #DEPREM Büyüklük:4.9 (Ml) Yer:Yenice (Çanakkale) Tarih:2024-03-04 […]

Dünya

Ermənistanda Azərbaycan hərbçisinə qarşı cinayət təqibi dayandırıldı

2024-cü il fevralın 28-də Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan tərəfə keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Eldəniz Oğlu Pənahov barəsində Ermənistan Prokurorluğu tərəfindən aparılan cinayət təqibi dayandırılıb. Bu barədə Ermənistan mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb. Məlumata görə, Ermənistan İstintaq Komitəsi Pənahova […]

Dünya

ABŞ Ali Məhkəməsi Trampın seçkidə iştirakı ilə bağlı QƏRARINI AÇIQLADI

ABŞ Ali Məhkəməsi keçmiş Prezident Donald Trampa Koloradoda ilkin prezident seçkisində iştirak etməyə icazə verib. Ali Məhkəmə Kolorado Məhkəməsinin tətbiq etdiyi qadağanı ləğv edib. Qərarda deyilir: “ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü bölməsinin dövlət vəzifəsi sahibləri və namizədlərlə bağlı tətbiqi səlahiyyəti ştatlara deyil, Konqresə aid olduğu üçün biz bu qərarı ləğv edirik”. Xatırladaq ki, daha əvvəl […]