Dünya

Almaniyanın Azərbaycandakı səfirindən ilk sərhəd nişanının quraşdırılmasına REAKSİYA – FOTO

“Almaniya Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh üçün səylərini davam etdirməyə çağırır”. Oxu.Az-ın məlumatına görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsində yazıb. “Azərbaycan və Ermənistan sərhədində ilk sərhəd nişanı qoyulub. Bu, sülh yolunda görünən daha bir addımdır. Biz hər iki tərəfi davamlı və ədalətli sülhün bərqərar olmasına davam etməyə çağırırıq”, – […]

Dünya

Rusiyada dəhşətli faciə: Üç uşaq diri-diri yandı – FOTO

Rusiya Federasiyasının tərkibində yerləşən Buryatiya Respublikasında kənd sakini qadın üç körpə uşağını – 1 yaşlı qızını, 2 və 4 yaşlı oğullarını evdə təkbaşına qoyaraq qonşunun evinə içki içməyə gedib. Oyun oynadıqları zaman uşaqlardan biri ehtiyatsızlıqdan pərdəni yandırıb. Yanğın çıxdığını görən və qorxan uşaqlar şkafın içində gizləniblər, lakin xilas ola bilməyiblər. Yanğını görən ana evə doğru […]

Dünya

Pul alacağı adam intihar etdiyi üçün qəbrinə od vurdu: Türkiyədə qəribə hadisə – FOTO/VİDEO

Türkiyədə yaşanan qəribə hadisə ölkədə gündəm olub. Belə ki, intihar edən şəxsin borclu olduğu dostu onun məzarına gedib, mərhumu söyüb və qəbrini yandırıb. Bütün bunları o, sosial şəbəkə hesabından canlı yayımlayıb. Hadisə Aksarayda baş verib. Məlumata görə, Abdullah Köse adlı şəxs səkkiz gün əvvəl intihar edib. Onun meyiti yerli çobanlar tərəfindən tapılıb. Polis araşdırmalardan sonra […]

Dünya

Daşqınların əsarətində qalan Rusiyada son vəziyyət – VİDEO

Rusiyanın bir sıra vilayətləri çayların daşması ilə əlaqədar olaraq hələ də təbii fəlakətin əsarətindədir. Belə ki, Tümen vilayətində vəziyyət mayın 9-dək gərgin olaraq qalacaq, suda kəskin artım olmayacaq. Vilayətin qubernatoru Aleksandr Moorun sözlərinə görə Korkino kəndində, həmçinin Uporovo rayonunun Qubina və Staraya Şadrina kəndlərində təcili təxliyə elan edilib. Amur vilayətində Zeya çayı bir neçə küçə […]

Dünya

Rusiyaya güvənmək olarmı? – VİDEO

Rusiya sülhməramlılarının torpaqlarımızı tərk etməsi və Prezident İlham Əliyevin Moskvaya işgüzar səfəri ilə ölkələrimiz arasındakı münasibətlərdə yeni mərhələ başlayıb. Lakin cəmiyyətimizdə hələ də belə bir sual aktualdır: Rusiyaya güvənmək olarmı? Ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Dünya

Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, artıq üçüncü dünya müharibəsi gedir. O, bu barədə “Opinion internationale” portalına müsahibəsində bildirib. “Üçüncü Dünya Müharibəsi artıq gedir. Bəli, bu, hamının düşündüyü kimi görünməsə də, İkinci Dünya Müharibəsi başlayanda da çoxları bunun məhz İkinci Dünya Müharibəsi olduğuna şübhə edirdi”, – o bəyan edib. […]

Dünya

Dünyada ABŞ-dən narazılıq artır – QLOBAL SORĞU

Dünyada Vaşinqtondan narazılıq reytinqi il ərzində üç faiz bəndi artaraq 2023-cü ilin sonunda 36% təşkil edib. Bunu “Gallup” sorğu xidmətinin 130 ölkədə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir. Sorğunun nəticələri göstərir ki, ölkənin 2021-ci ildə 33%-ə enən və 2022-ci ildə olduğu kimi qalan qlobal narazılıq reytinqi 2023-cü ildə 36%-ə yüksəlib. Vaşinqtonu bəyənənlər isə ən […]

Dünya

Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təhlükəsizlik məsələlərinə cavabdeh olan Ali Nümayəndələrin Beynəlxalq görüşü üçün Rusiyaya getməyəcək. Məlumata görə, Qriqoryan aprelin 24-25-də Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik məsələlərinə cavabdeh olan Ali Nümayəndələrin 12-ci Beynəlxalq görüşündə iştirak etməyəcək. Mənbə: TASS Xeberal.az

Dünya

Rusiyada müdafiə nazirinin müavini saxlanıldı

Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. “Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti (rüşvət alma) törətməkdə şübhəli bilinərək Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, – məlumatda deyilir. Mənbə: TASS Xeberal.az

Dünya

Sunak: “Britaniya sənayesi müharibə rejiminə keçir”

Böyük Britaniya müdafiə xərclərini 2030-cu ilə qədər ümumi daxili məhsulun (ÜDM) 2,5%-nə qədər artırmaqla, müdafiə sənayesini müharibə rejiminə keçirərək 87 milyard funt-sterlinqə çatdıracaq. Bu barədə aprelin 23-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak NATO rəhbəri Yens Stoltenberqlə 1-ci Varşava Zirehli Briqadasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib. “Növbəti altı il ərzində biz öz müdafiəmizə əlavə pul […]