Dünya

İraqdan Güney Azərbaycana dəstək – FOTO

İraq türkmənləri Urmiya gölü ilə bağlı Güney Azərbaycanla həmrəylik nümayiş etdirib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. İraq Türkmən Cəbhəsi Partiyasının başqanı Ərşad Salehi də Urmiya gölünün qurudulmasını pisləyərək, Güney Azərbaycanla həmrəylik nümayiş etdirib. O, Urmiya gölünün qurumasından narahat olduğunu və molla rejiminin bu qətliama fərman verdiyini vurğulayaraq “Twitter” hesabında paylaşım edib.   Xeberal.az

Dünya

PSJ Mbappeyə görə “Real Madrid”dən FIFA-ya şikayət edəcək

Fransanın PSJ klubu İspaniya “Real Madrid”indən FIFA-ya şikayət etmək niyyətindədir. Paris təmsilçisi “kral klubu”nun Kilian Mbappenin mümkün transferi ilə bağlı qaydaları pozduğu qənaətindədir. Fransızlar hesab edirlər ki, bunun üçün kifayət qədər sübut var. PSJ əmindir ki, tərəflər 2024-cü ilin yayında müqavilə imzalamaqla bağlı razılığa gəliblər. Qaydalara görə isə futbolçu yalnız mövcud klubu ilə müqavilə müddəti altı aydan […]

Dünya

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var – FOTO/VİDEO

Rusiyanın Krasnoyarsk diyarının şimalında hidro-təyyarə qəzaya uğrayıb. Bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat verib. “Bu gün saat 11:00 radələrində Krasnoyarsk diyarının Taymır Dolqano-Neneski rayonunun Dudinka şəhərində, Lesobirj sənaye zonası ərazisində şəxsi hidro-təyyarə Dudinka çayı akvatoriyasından havaya qalxan zaman qəzaya uğrayıb”, – deyə nazirlikdən bildirilib. Təyyarədə iki nəfərin olduğu və ikisinin də həyatını itirdiyi qeyd […]

Dünya

Donald Trampı 20 il həbs gözləyir

ABŞ Ədliyyə Nazirliyi Donald Trampı 2020-ci il prezident seçkisinin nəticələrinə qeyri-qanuni etiraz etmək cəhdində ittiham edib. Ehtimal olunur ki, 2021-ci il yanvarın 6-da iğtişaşlara və Kapitoliyə hücuma səbəb keçmiş prezident və onun tərəfdaşlarının məğlubiyyətini tanımaması olub. Qeyd edək ki, bu, Ağ Evə ikinci müddətə qayıtmaq istəyən Trampa qarşı qaldırılan üçüncü cinayət işidir. İttiham aktı 45 […]

Dünya

Nigerdə üsyançılar ölkənin quru və hava sərhədlərini açdılar

Nigerdə dövlət çevrilişindən sonra bu ölkənin beş dövlətlə hava və quru sərhədləri açılıb. Qərar dövlət televiziyasında hərbçilər tərəfindən elan edilib. Belə ki, Niger Əlcəzair, Burkina-Faso, Liviya, Çad və Mali ilə sərhədləri açıb. Xatırladaq ki, Nigerdə dövlət çevrilişi həyata keçirən hərbçilər iyulun 26-da sərhədlərin bağlandığını bəyan ediblər. Mənbə: AFP Xeberal.az

Dünya

“Barselona” Ansu Fatinin gözəl qolu ilə “Milan”a qalib gəldi – VİDEO

Növbəti mövsümə hazırlaşan İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klubları yoxlama oyununda üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, ABŞ-də keçirilən matç Kataloniya təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb 1:0. Yeganə qolu Ansu Fati vurub. 20 yaşlı futbolçu 55-ci dəqiqədə gözəl zərbə ilə fərqlənib.   Xeberal.az

Dünya

Mahir Emrelinin “Astana” sınağı, “Qalatasaray” “Jalgiris”in müqavimətini qırmağa çalışacaq – AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq. Oxu.Az xəbər verir ki, ikinci oyun günündə səkkiz qarşılaşma baş tutacaq.  “Qarabağ” Polşada 3:2 hesabı ilə uduzduğu “Rakuv”u qəbul edəcək. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Qazaxıstanda “Astana”nın qonağı olacaq. Futbolçumuzun komandası ilk matçda rəqibini darmadağın edib – 4:0. Türkiyə […]

Dünya

Dünyanın ən zəngin insanları daha da varlanıblar – FOTO

“Bloomberg Billionaires Index”inə görə, dünyanın ən zəngin on adamı 2023-cü ilin əvvəlindən ümumilikdə 443,2 milyard dollar qazanıb. İndeks reytinq iştirakçılarının səhmlərinə sahib olduqları şirkətlərin qiymətli kağızlarının dəyəri əsasında hesablanıb. Dünyanın ən varlı adamları siyahısında lider amerikalı iş adamı İlon Maskdır. Onun sərvəti ilin əvvəlindən 105 milyard dollar artaraq hazırda 242 milyard dollar təşkil edir. Reytinqin […]

Dünya

Kutaisi hava limanı nəqliyyat qovşağına çevrilə bilər

ABŞ hökuməti Gürcüstan tərəfinə Kutaisi hava limanını nəqliyyat qovşağına çevirmək üçün kömək etməyə hazırdır. Bu barədə Amerikanın Tbilisidəki səfirliyi məlumat yayıb. “Kutaisi Beynəlxalq Hava Limanının nəqliyyat mərkəzinə çevrilmək üçün böyük potensialı var. Xüsusilə qeyd etmək lazımdır ki, o, kənd təsərrüfatı məhsullarının ixracı üçün mərkəzə çevrilərsə, Qərbi Gürcüstandakı fermerlərə böyük fayda gətirəcək. ABŞ Kutaisi hava limanının […]

Dünya

“İran Yaponiya olmaq istəyirdi, Şimali Koreya oldu” – VİDEO

İranda sosial-iqtisadi vəziyyət pisləşdikcə və rejimin özünü qorumaq naminə ölkə vətəndaşlarının iradəsinə müqaviməti artdıqca, təkcə sadə insanlar, o cümlədən gənclər deyil, tanınmış şəxsiyyətlər və ictimai simalar da hakimiyyətin ünvanına sərt tənqidlərini və etirazlarını daha uca səslə bildirməyə başlayıblar. Məşhur İran idmançısı Məhəmməd Dadkanın bir neçə gün öncə verdiyi müsahibə də bu qəbildəndir. Bir vaxtlar “Persepolis” […]