Dünya

Yeni Zelandiya tarixində ilk: Əsas təhlükə siyahısı tərkibi ilə təəccübləndirdi

Yeni Zelandiya tarixdə ilk dəfə olaraq dövlətin yaxın illərdə üzləşə biləcəyi əsas təhlükələrin siyahısını dərc edib. Bu siyahıya Rusiya, Çin və İranın da adları daxil edilib. Bu barədə ölkənin əsas kəşfiyyat idarəsinin (NZSIS) dərc etdiyi hesabatda məlumat verilib. Hesabatda ölkəyə əsas təhlükə yaradan amillər kimi zorakı ekstremizm, xarici müdaxilə və casusluq göstərilir. Yeni Zelandiyaya əhəmiyyətli […]

Dünya

Mali “Air France”ın uçuş lisenziyasını ləğv etdi

Mali hakimiyyəti Fransanın “Air France” aviaşirkətinin respublikaya bütün uçuşları müvəqqəti olaraq ləğv etmək qərarına cavab olaraq şirkətin ölkəyə uçuş icazəsini geri götürüb. Bu barədə Malinin Dövlət Mülki Aviasiya Agentliyi məlumat yayıb. “Uçuş cədvəlinin yerinə yetirilməməsi səbəbindən uçuşların həyata keçirilməsinə icazə ləğv edilib”, – bəyanatda bildirilib. Qeyd olunub ki, icazənin geri götürülməsi müvəqqəti xarakter daşıyır və oktyabr […]

Dünya

“Trabzonspor” öz meydanında “Antalyaspor”a qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 2023/2024 mövsümünə start verilib. Oxu.Az xəbər verir ki, açılış oyununda “Trabzonspor” öz meydanında “Antalyaspor”la qarşılaşıb. Matç Qara dəniz təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 8-ci dəqiqədə Stefani Densvil vurub. Qeyd edək ki, turun digər oyunları avqustun 12-si, 13-ü və 14-də keçiriləcək.   Xeberal.az

Dünya

İstanbulun Qalata körpüsü təmirə bağlanır

İstanbulun məşhur Qalata körpüsü müqavimətini artırmaq məqsədilə avqustun 13-də təmir işləri üçün 40 gün müddətinə bağlanacaq. Məlumata görə, körpünün təmiri çərçivəsində asfalt örtüyünün və genişləndirici birləşmələrin dəyişdirilməsi nəzərdə tutulub. Bundan əlavə, mütəxəssislər dayaq hissəsindən artıq çəkini götürərək körpünün qaldırma sistemini yüngülləşdirməyə hazırlaşırlar. Bundan əlavə, körpünün hidroizolyasiya sistemi də dəyişdiriləcək. Qeyd edək ki, təmir zamanı sürücülərdən […]

Dünya

Ukrayna Britaniya ilə təhlükəsizlik təminatları üzrə danışıqlara başlayıb

Ukrayna bu gün, avqustun 11-də Britaniya ilə təhlükəsizlik zəmanətləri üzrə məsləhətləşmələrə başlayıb. Oxşar müzakirələr Amerika Birləşmiş Ştatları ilə də davam edir. Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak açıqlama verib. O xatırladıb ki, artıq 13 ölkə G7-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannaməsinə qoşulub. “Bu gün çox mühüm söhbət oldu. Deyə bilərik ki, Böyük […]

Dünya

Niger əhalisi Parisə qarşı: “Rədd olsun Fransa!”

Nigerin paytaxtı Niameydə hərbi üsyançılar tərəfindən yaradılan Vətənin Qurtuluşu Milli Şurasının minlərlə tərəfdarlarının dinc nümayişi keçirilib. Məlumata görə, Fransanın Niameydəki hərbi bazasının qarşısına böyük izdiham toplaşıb. Nigerin dövlət bayraqlarını dalğalandıran insanlar “Rədd olsun Fransa!” şüarları səsləndiriblər. Bəzi küçə etirazçıları əllərində Parisin Niger və bölgədəki siyasətini pisləyən şüarlar yazılmış plakatlar tutublar. Bundan əlavə, nümayişçilər hərbçilər tərəfindən […]

Dünya

Britaniyada təyyarə magistralda məcburi eniş edib – FOTO/VİDEO

Britaniyada yüngül motorlu təyyarə avtomobillərin sıx olduğu magistralda məcburi eniş edib. Məlumata görə, hadisə yerinə gələn xilasedicilər və polislər təyyarə yoldan kənarlaşdırılana qədər bir saat ərzində hər iki istiqamətdə nəqliyyatın hərəkətini kəsiblər. Polis hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. Mənbə: LADBible Xeberal.az

Dünya

Paşinyan yararsız yolda qəzaya düşüb – VİDEO

“Ermənistanda yol təmirinin keyfiyyəti biabırçı dərəcədə aşağıdır”. Bunu Ermənistan hökumətinin avqustun 11-də keçirilən iclasında respublikanın baş naziri Nikol Paşinyan bildirib. O, əlavə edib ki, son günlər avtomobillə ölkəni gəzərkən buna əmin olub. “Qar yağanda yol istismar şirkətləri təmizlik işləri aparır, bəs yağış yağanda? Yağış suları yola tökülür və hamı, deyəsən, bu suları təmizləyəcək daha konstruktiv […]

Dünya

Ərdoğan Macarıstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə avqustun 20-də Budapeştə səfər edəcək. Məlumata görə, görüşdə təhlükəsizlik və iqtisadi məsələlər müzakirə olunacaq. Bildirilir ki, tərəflər ilin sonunda Budapeştdə keçiriləcək Macarıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasını hazırlamağı planlaşdırırlar. Qeyd edək ki, Türkiyə Prezidenti sonuncu dəfə 2019-cu ilin noyabrında Budapeştə rəsmi […]

Dünya

Borrell devrilmiş Niger prezidentinin dərhal azadlığa buraxılmasını tələb etdi

Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell devrilmiş Niger prezidenti Məhəmməd Bazumun faktiki olaraq girov saxlanılmasından narahatlığını ifadə edib. Borrell ilkin şərtlər irəli sürülmədən onun dərhal azadlığa buraxılmasını tələb edib. Bu barədə diplomat özünün “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. “Avropa İttifaqı, son məlumatlara görə, bir neçə gündür qida, elektrik enerjisi və əsas xidmətlərdən […]