Cəmiyyət

Sosial şəbəkələrdəki iş elanları saxtadır? – SORĞU + VİDEO

İş axtaranların vakansiyalar barədə verilən elanlara inamı yoxdur. Çünki əksər hallarda bundan nəticə ala bilmirlər. Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin rəyini öyrənməyə çalışıb. Fikirlər müxtəlifdir. Kimi işə CV ilə düzəldiyini, kimi isə əksinə, tanışlıq, tapşırıq olmadan işə düzəlməyin real olmadığını deyir. “CV göndərmək boş şeydir, yazırsan, heç cavab da vermirlər. Gərək adamın olsun”, […]

Cəmiyyət

TƏBİB sədrindən YENİ TƏYİNAT

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yeni direktor təyin edib. Bizim.Media xəbər verir ki, onun əmrinə əsasən, Sumqayıt şəhərində yaşayan Nərgiz Əliyeva Siyəzən Diaqnostika Mərkəzinə rəhbər təyin olunub. Məlumat Siyəzən İcra Hakimiyyətindən təsdiqləyiblər. Xeberal.az

Cəmiyyət

Xaçmazda üçmərtəbəli məktəbdə yanğın olub

Xaçmazda üçmərtəbəli məktəbdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində sahəsi 36 m² olan bir otağında üç ədəd kompüter, iki ədəd stol və 0,5 p.m elektrik naqilləri yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın […]

Cəmiyyət

Qaradağ yolunda qəza: Yük avtomobili beton maneələrə çırpıldı – VİDEO

Qaradağ yolu, Salyan şossesində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yük maşını idarəetməni itirərək, yolun kənarındakı beton maneələrə çırpılıb. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur. Həmin görüntüləri təqdim edirik:   Xeberal.az

Cəmiyyət

Göyçayda eyni anda iki ev yanıb

Göyçayda eyni anda iki evdə yanğın olub, sakinlərə küllü miqdarda maddi ziyan dəyib. APA xəbər verir ki, hadisə rayonun Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Belə ki, rayon sakini 73 yaşlı Sakit Məmməd oğlu Məmmədova məxsus ümumi sahəsi 140 kv/m olan beşotaqlı evin iki otağı və evin tavan hissəsi yanar konstruksiyaları ilə birlikdə yanıb. Yanğın zamanı alovun […]

Cəmiyyət

Naxçıvanda yeni teatr fəaliyyətə başlayacaq

Naxçıvan Muxtar Respublikasında yeni “Altai” teatrı fəaliyyətə başlayacaq Naxçıvan Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən ”Report”un yerli bürosuna verilən məlumata görə, zəngin teatr ənənələrinə malik muxtar respublikada yeni teatr yaratmaq təşəbbüsü Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru Nurbəniz Niftəliyeva tərəfindən irəli sürülüb. İlk dəfə olaraq gənc yazar və aktyor Rza Zeynalovun “Xəyanət” əsəri ilə […]

Cəmiyyət

Təhlükəyə çevrilən KÜÇƏ İTLƏRİ – Onları qısırlaşdıraq, yoxsa sığınacaqlara YERLƏŞDİRƏK?

Bütün canlılar kimi təbiətdə payı olan itlər insanların kabusuna çevrilib. Belə ki, tez-tez mətbuatda küçə itlərinin uşaqlara, böyüklərə hücum etməsi, onları dişləməsi ilə bağlı xəbərlərə rast gəlirik. Mart ayının 3-də “Qobu Park – 3” yaşayış kompleksinin yaxınlığında itlərin dişlədiyi 9 yaşlı uşaqla bağlı məlumat da bu qəbildəndir. Ötən gün isə Xırdalanda it 35 yaşlı qadını […]

Cəmiyyət

Novxanıda qəzada xilas edilən sürücü xəstəxanada ölüb – YENİLƏNİB + VİDEO

Novxanıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. APA verir ki, sürücü 1970-ci il təvəllüdlü Mübariz Nizami oğlu Allahverdiyev xəstəxanada ölüb. 19:36 Novxanıda avtomobillər toqquşub, xəsarət alanlar var. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, FHN-nin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə […]

Cəmiyyət

Azərbaycanda biabırçı mənzərə: İti avtomobilin arxasına bağladı, maşını sürdü – VİDEO

Azərbaycanda sürücü avtomobilin arxasına it bağlayıb. Oxu.Az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Videodan görünür ki, it VAZ-2106 markalı avtomobilin arxasına bağlanıb. İt hərəkətdə olan avtomobilin arxasınca qaçmaq məcburiyyətində qalıb Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma […]

Cəmiyyət

Dini tolerantlıq Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir – RƏY + FOTO

Dini tolerantlıq Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi, xalqımızın həyat tərzidir. Bu fikri “Report”a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus harmoniya yaradır: “Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizdə yaşayan bütün dini konfenssiyalara […]