Cəmiyyət

Göyçayda eyni anda iki ev yanıb

Sharing is caring!




Göyçayda eyni anda iki evdə yanğın olub, sakinlərə küllü miqdarda maddi ziyan dəyib.

APA xəbər verir ki, hadisə rayonun Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 73 yaşlı Sakit Məmməd oğlu Məmmədova məxsus ümumi sahəsi 140 kv/m olan beşotaqlı evin iki otağı və evin tavan hissəsi yanar konstruksiyaları ilə birlikdə yanıb.

Yanğın zamanı alovun ərazisi böyüyərək qonşuluqda yerləşən evə də keçib. Ümumi sahəsi 300 kv/m olan altıotaqlı evin mətbəx hissəsinin tavanı yanıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir