Bölgə

Erməni təxribatı nəticəsində Goranboyda meşədə baş vermiş yanğın söndürülüb

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu ərazisini ağır artilleriya qurğularından atəşə tutaraq ekoloji terror aktı törətməsi nəticəsində meşəlik zonada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi ilə yanğın qısa müddətdə söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı […]

Bölgə

Müharibəyə görə tədrisin dayandırıldığı bölgələrin sayı bilindi – RƏSMİ

“Son bir ayda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində doqquz şagird vəfat edib”. milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev təhsillə bağlı keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, cəbhə xətti yaxınlığında yaşamayan uşaqların təcavüzə məruz qalması Azərbaycanın adi düşmənlə deyil, terror ölkəsi ilə mübarizə apardığının təzahürüdür: “Sentyabrın 27-dən başlayaraq bu günə qədər 50-yə yaxın məktəb yararsız […]

Bölgə

Diplomatik korpusun nümayəndələri Bərdədə

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 29-da Bərdəyə gəliblər. Xəbəral.az AZƏRTAC-a istinadən xəbər verir ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş prokuror Kamran Əliyev və başqaları müşayiət edirlər. Səfərin […]

Bölgə

Goranboydan daha bir dəhşətli şikayət: PREZİDENTƏ MÜRACİƏT

Bu barədə saytımıza Qızılhacılı qəsəbə sakinləri Musayev Eldar və Verdiyev Arzu tərəfindən müraciət daxil olub. Müraciəti təqdim edirik:   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Surəti: Baş Prokrora, Daxili İşlər Nazirinə, Dövlət Təhlükəszlik Xidmətinə Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına, Əmlak Məsələri Üzrə Dövlət Komitəsinə   Qızılhacılı qəsəbə sakinləri Musayev Eldar və Verdiyev Arzu tərəfindən başımıza […]

Bölgə

Beşotaqlı ev külə döndü

Füzuli rayonunun Horadiz şəhərində ümumi sahəsi 142 kvadrat metr olan kürsülü, birmərtəbəli, beşotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğın zamanı bir nəfər (yataq xəstəsi) yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bölgə

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş direktor təyin olundu

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında yeni kadr təyinatı olub. “Report”un Muğan bürosunun əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. Əmrə əsasən, İlhаm Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru vəzifəsindən azad edilib. Onun yerinə isə Azadxanov Elnur Ramazan oğlu təyinat alıb. Qeyd edək ki, […]

Bölgə Cəmiyyət

Biləsuvarda zibillik əlindən tərpənmək mümkün deyil: “Burada koronavirus da, taun da olar”

Biləsuvar rayon İcra Hakimiyyətinin yaxınlığındakı ərazi zibilliyə çevrilib. Məsələ illə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. İddia edilir ki, foto Biləsuvarın mərkəzi küçələrindən birində lentə alınıb: “Bura rayon İcra Hakimiyyətinin 100 metr yaxınlığında yerləşən ərazidir. Ərazinin təmizliyinə baxan yoxdur. Bu zibillikdə “koronavirus” nədir, “taun” xəstəliyi də tüğyan edər. O işıqlı binada əyləşən cənablar küçələrə tökülən zibillərin təmizlənməsinə baxmırlar”. […]

Bölgə Siyasət

Salyan Rayon İcra Hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir.

19 fevral 2020-ci il tarixində Salyan rayonunda “Salyan rayon İcra hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”lə əlaqədar hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Azəbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin […]