Bölgə

Qubalıların zəfər sevinci – VİDEO

Quba sakinləri qələbə müjdəsi ilə bağlı yürüş keçiriblər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi ilə küçələrə axışan əhali “Qarabağ Azərbaycandır” şüarları səsləndiriblər. Həmin videogörüntüləri təqdim edirik:

Bölgə

Düşmən Tərtər və Ağcabədini atəşə tutur – RƏSMİ

Noyabrın 4-ü saat 08:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də, Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.

Bölgə

Cəbhəyanı yaşayış məntəqələrində külli miqdarda silah-sursat, tank və top mərmiləri aşkarlanıb – FOTO

31 Oktyabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər və Yevlax rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 25 (iyirmi beş) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 1 (bir) müraciət daxil olub. Daxil olmuş 26 çağırış əsasında Agentliyin xüsusi mobil çevik […]

Bölgə

Ermənistanın təcavüzündən ən çox ziyan çəkmiş bölgələrin adları

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaralanmış və həlak olmuş mülki şəxslərin bölgələr üzrə sayı açıqlanıb. Xəbəral.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, Gəncədə 26 nəfər həlak olub, 142 nəfər yaralanıb, Bərdədə 27 nəfər həlak olub, 95 nəfər yaralanıb, Tərtərdə 17 nəfər həlak olub, 56 nəfər […]

Bölgə

Tərtər II Dünya Müharibəsindən sonra Avropanın ən çox bomba və raket atılan şəhəridir – RƏSMİ

“Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulub”. Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, bu gün səhər saat 06:00 radələrindən saat 12:00 radələrinə […]