Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin təsisçisi və rəhbəri Əli Tekin Ataların təşəbbüsü ilə 20 Yanvar hadisələrinə həsr edilmiş anım tədbiri keçirilib. Bu barədə “Report”a Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib. Tədbirin açılışında şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib. Əli Tekin Atalar Azərbaycanın müstəqilliyinə gedən […]
Keniyalı təhlükəsizlik üzrə mütəxəssis Con Njue Kibue dünya çempionatının oyunlarının keçirildiyi Lusail Milli Stadionunda səkkizinci mərtəbədən yıxılaraq xəstəxanada dünyasını dəyişib. Kibuenin 24 yaşı var idi. Onun ağır kəllə-beyin travması, üz və çanaq sümüklərinin sınığı ilə Doha Ümumi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir. Qeyd olunur ki, turnirin təşkilatçıları təcili olaraq baş verən hadisəni araşdırırlar. Xatırladaq ki, […]
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qardaşları bıçaqlamaqda təqsirləndirilən Yadigar İsgəndərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd edək ki, hadisə ötən il yanvarın 4-də Sumqayıtda qeydə alınıb. Belə ki, 1990-cı […]