Bölgə

Rayonlara qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 30-u arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.  Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yanvarın 31-də cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.  Azərbaycanın rayonlarında yanvarın 30-da ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Yanvarın 31-də qərb küləyi əsəcək, […]

Bölgə

Ağsu Tədris Mərkəzinin 5 aylıq fəaliyyəti haqqında Geniş hesabat.

Ağsu T ədris Mərkəzi 2020-ci ilin sentyabr ayının 15-dən fəaliyyətə başlamışdır. Mərkəzin təməli Ağsu təhsilinə təkan vermək məqsədilə rayonun tanınmış, xeyirxah və hörmətli insanı cənab Mikayıl İsmayılovun təşəbbüsü ilə qoyulmuşdur. Mərkəzin yaradılmasında ideya müəllifi isə keçmiş Ağsu Bilik Hazırlıq Mərkəzinin rəhbəri Güvənc Mirzəxanovdur. Ağsu Bilik Hazırlıq Mərkəzi qısa müddətdə öz qəbul nəticələri ilə də diqqət […]

Bölgə

Azərbaycanda nazirlik əməkdaşları güllələndi – RƏSMİ

Yanvarın 27-də Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı Lənkəran rayon prokurorluğuna məlumat daxil olub.  Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 27 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadənin qanunsuz ov edən şəxslərin […]

Bölgə

Ağstafa Rayon İcra Hakimiyyətinə yeni kadr təyinatları – Fotolar

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının aparatında növbəti kadr təyinatları olub. XəbərAl.az xəbər verir ki, Müşfiq Məmmədqulu oğlu Hüseynov başçının birinci müavini, Mirfərid Mirəsgər oğlu Mahmudov Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi və Elvin Namiq oğlu Pirquliyev Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifələrinə təyin olunublar. Qeyd edək ki, […]

Bölgə

Qarabağda tikiləcək “Smart city” və “Smart Village” nə deməkdir?

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində salınacaq yaşayış məntəqələri ilə bağlı ictimai maraq qalmaqdadır. Ötən gün prezident İlham Əliyev həmin ərazilərdə “Smart city” və “Smart Village” tipli yaşayış məskənlərinin salınacağını açıqlayıb. Bəs bu “Ağıllı şəhər” və “Ağıllı kənd” nə deməkdir?  “Smart” yaşayış məntəqələrini adi bir şəhərdən fərqləndirən nədir? XəbərAl.az xəbər verir ki, “Smart city” şəhər problemlərini həll […]

Bölgə

Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi

Astara rayonunda maraqlı hadisə baş verib. Belə ki, 2 il öncə rüşvətə etiraz etdiyi üçün məktəbdən çıxarılan və haqqında “dəli kağızı” düzəldilən başıbəlalı müəllim Fuad Mehrəliyev medianın və ictimaiyyətin aktivliyindən sonra rayon təhsilinə geri qaytarılıb. XəbərAl.az xəbər verir ki, bu barədə “Astaranın Gənc Alimləri” təşkilatı məlumat verib. İxtisasca ingilis dili müəllimi olan Fuad Mehrəliyev 2017-ci […]

Bölgə

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru barəsində cinayət işi başlanıldı

Vətəndaşların hüquqlarını pozmaqla öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və kəsərli tədbirlər davam etdirilir. Qusar rayon prokurorluğundan verilən məlumata görə, rayon prokurorluğuna daxil omuş vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı Qusar Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalov, inzibati məsələlər üzrə […]

Bölgə

FHN vətəndaşlara müraciət edib – Video

Fövqəladə Hallar Nazirliyi (FHN) dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən insanlara müraciət edib. FHN-in Mətbuat xidmətindən daxil olan müraciətdə deyilir: Qışda qarın yağması ilə təbiətin ağ örpəyə bürünməsi ətrafda gözəl mənzərə yaratmaqla yanaşı, bir sıra hallarda insan həyatı və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Belə ki, bəzən insanların müxtəlif məqsədlərlə – ov etmək, […]

Bölgə

Bu gündən rayonlara gəliş-gediş açıldı

Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün şəhərlərarası və rayonlararası hərəkətlə bağlı sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. XəbərAl.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, şəhərlərarası və rayonlararası hərəkət 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.

Bölgə

Rusiya bankları Xankəndidə filiallarını açır? – Xəbər yayıldı

Ermənistan banklarının Qarabağdakı şöbələri bağlanır.  XəbərAl.az xəbər verir ki, bu haqda işğalçı ölkənin bəzi teleqram-kanalları məlumat yayıb.  “Stepanakertdəki mənbələrimiz “Ameria” və “Ardşinbank”ın Qarabağdakı filiallarının bağlanması barədə məlumat verirlər. Söhbətin yalnız bu bankların filiallarının, yoxsa Qarabağdakı Ermənistan banklarının bütün filiallarının bağlanmasından getməsi hələlik məlum deyil. Əldə etdiyimiz məlumata görə, Rusiyanın “Vneştorqbank”(“VTB”) bankı yaxın vaxtlarda Qarabağın bank […]