Bölgə

Hirkan milli parkında “açıq qapı” günü keçirilir – Fotolar

Hirkan milli parkının yaradılması ilə əlaqədar milli parkda “açıq qapı” günü və maarifləndirici tədbirlər keçirilir. Bu gün ziyarətçilər milli parka giriş haqqından azaddır. Ziyarətçilər parkda hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış ola və unikal göl mənzərəsini seyr  edə bilərlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Lənkəran, Astara və Lerik rayonlarının […]

Bölgə

Hacıqabulda zəlzələ oldu

Hacıqabul rayonunda zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 kilometr şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb. Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkanlar hiss olunmayıb.

Bölgə

Qaxda əsən güclü külək rayonu internetsiz qoydu

Bu gün axşam saat 21:30-dan etibarən Qax rayonu ərazisində internetin verilişi dayanıb. XəbərAl.az xəbər verir ki, əsən güclü külək nəticəsində rayonun Qaşqaçay kəndi ərazisində iri gövdəli ağac aşaraq fiber-optik kabeli qırıb. Nəticədə rayonun interneti kəsilib. Hazırda qırılan xəttin bərpası üçün işlər aparılır. İnternetin yaxın 1 saat ərzində veriləcəyi gözlənilir.

Bölgə

Hirkan milli parkında “açıq qapı“ günü keçiriləcək

Hirkan milli parkında “açıq qapı” günü keçiriləcəkHirkan milli parkının yaranması günü ilə əlaqədar fevralın 9-da milli parkda “açıq qapı” günü keçiriləcək, ziyarətçilər milli parka giriş haqqından azad olunacaq. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Lənkəran, Astara və Lerik rayonlarının ərasizini əhatə edən Hirkan milli parkı endemik və üçüncü dövrə mənsub olan […]

Bölgə

“Xudafərin körpüsünün təmirinə başlana bilər” – Hikmət Hacıyev

İşğaldan azad edilmiş ərazilərdə səfərdə olan diplomatik korpus – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri Xüdafərin körpüsündə olublar. XəbərAl.az xəbər verir ki, bu barədə Oxu.Az-ın səfərdə iştirak edən əməkdaşı xəbər verir.  Diplomatlara Ermənistanın işğal siyasəti barədə məlumatlar verilib.  Səfər çərçivəsində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanla İran […]

Bölgə

Türkiyə-Rusiya Monitorinq Mərkəzi Qarabağda atəşkəs pozuntusu qeydə alıb? – Açıqlama

Türkiyə Müdafiə Nazirliyi öz rəsmi saytında Qarabağda qurulan Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyətinə dair yeni məlumat dərc edib. Məlumat nazirliyin “Twitter” səhifəsində də paylaşılıb. XəbərAl.az xəbər verir ki, nazirliyin məlumatında bildirilir ki, Qarabağda atəşkəsə riayət olunması üçün qurulan Türkiyə-Rusiya ortaq mərkəzi fəaliyyətinə davam edir. Ermənistan işğalından azad edilən Qarabağın Ağdam rayonunda fəaliyyət göstərən mərkəzdə pilotsuz uçuş aparatları […]

Bölgə

Toy məclisi təşkil edənlər cərimələndi

Fevral ayının 2-də Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Bəylər kənd sakini B. Ağamirzəyev yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, məclisin təşkilatçısı və iştirak edənlər barədə inzibati […]

Bölgə

Füzulidə mülki şəxslər minaya düşdü: Ölən var

Füzulidə üç mülki şəxs minaya düşüb.  Bununla bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi məlumat yayıb.  Bildirilib ki, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində üç mülki şəxs kənar yoldan istifadə edərək, işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb, onlardan biri hadisə yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bölgə

Şamaxıda zəlzələ olub

Azərbaycanda zəlzələ olub. Bununla bağlı Respublika Seysmologiya İdarəsi məlumat yayıb. İlkin məlumatlara əsasən, yerli vaxtla saat 20:13-də Pirqulu stansiyasından 2 km qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ Şamaxı rayonunda 3 bala qədər hiss olunub.  

Bölgə

İsmayıllıda Aksiya: Məmurlar haqqımızı yeyib, nə suyumuz var, nə işığımız, belə yaşayış olar?-Video

XəbərAl.az saytı Kanal 13-ə istinadən xəbər verir ki, İsmayıllı rayonu ilə təxminən 3-4 kilometr aralı məsafə də yerləşən Mican kəndinin camaatı yollarının pis gündə olmasından, sularının olmaması, işıqlarının fasiləli yanması ilə bağlı şikayətlənirlər. Sakinlərin dediyinə görə, Mican kəndinə nə İsmayıllı icra başçısı nədə yerli məmurlar baxmır. Sözü gedən videonu sizlərə təqdim edirik. Qarşı tərəfi dinləyib […]