Bölgə

“Xudafərin körpüsünün təmirinə başlana bilər” – Hikmət Hacıyev

Sharing is caring!

İşğaldan azad edilmiş ərazilərdə səfərdə olan diplomatik korpus – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri Xüdafərin körpüsündə olublar.

XəbərAl.az xəbər verir ki, bu barədə Oxu.Az-ın səfərdə iştirak edən əməkdaşı xəbər verir. 

Diplomatlara Ermənistanın işğal siyasəti barədə məlumatlar verilib. 

Səfər çərçivəsində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanla İran Xudafərin körpüsünün təmirinə başlaya bilər.

O xatırladıb ki, işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri həyata keçirir. 

“Bu xüsusda İranla dağıdılmış kommunikasiya xətləri bərpa oluna bilər”, – deyə H.Hacıyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir