Cəmiyyət

DİN-dən Lerikdə səkkiz nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi ilə bağlı AÇIQLAMA

Sharing is caring!

Lənkəranda turist daşıyan avtobusun qəzaya uğramasının bəzi detalları məlum olub.

Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub.

İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb.

Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir