Cəmiyyət

Bakı və Gəncə məktəblərində uğur hekayəsi: Sinfin məzunlarının hamısı tələbə oldular – VİDEO

Sharing is caring!

Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən orta məktəblərin bir sinfinin məzunlarının hamısı Azərbaycanın müxtəlif ali məktəblərinə qəbul olublar.

Xezerxeber.az-ın məlumatına görə, Bakının Sabunçu rayonundakı 90 nömrəli tam orta məktəbin 11A sinfini bitirən 14 məzunun hamısı 2021-2022-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanıblar.

Sinif rəhbəri Mailə Xankişiyeva şagirdləri ilə qürur duyduğunu deyib.

Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin 11B sinfini bitirən 17 məzunun da hər biri tələbə adını qazanıb. Sinif rəhbəri Jalə Məmmədova deyib ki, məzunların belə bir uğura imza atmalarına əmin imiş.

Qeyd edək ki, 39 saylı tam orta məktəbin məzunlarından 4-ü 500-dən, 2-i isə 600-dən artıq bal toplayıb.

Mövzu ilə bağlı süjeti təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir