Cəmiyyət

Şimali Kaliforniyadakı soydaşlarımızın İcma Düşərgəsi layihəsi gerçəkləşdirilib – FOTO/VİDEO

Sharing is caring!

Şimali Kaliforniyada yerləşən Cozef D.Qrant parkında soydaşlarımızın İllik İcma Düşərgəsi təşkil edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi və Kaliforniyada yaşayan azərbaycanlıların birgə həyata keçirdikləri layihənin başlıca məqsədi həmvətənlərimizin birliyinin və həmrəyliyinin gücləndirilməsidir. 

Layihə çərçivəsində azərbaycanlı ailələrdə böyüyən uşaqların bir-biri ilə yaxından tanış olmaları üçün “Mədəniyyət Günləri Düşərgəsi” də təşkil olunub. Üç gün ərzində fərqli oyunlar vasitəsilə uşaqlara Azərbaycan taixi, dili, mədəniyyəti, coğrafiyası, milli-mənəvi dəyərləri barədə bilgilər verilib, filmlər nümayiş etdirilib, dostluğun və komanda işinin prinsipləri izah edilib. Uşaqlar yeniyetmələr üçün Palo Alto muzeyi və zooparkını da ziyarət ediblər. 

İcma düşərgəsi iştirakçıları arasında tanınmış Azərbaycan idmançısı, qaydasız döyüş üzrə “Fury FC 57 – UFC Fight Pass” turnirinin çempionu Hüseyn Əliyev də olub. Onunla görüş və üzərindəki çempionluq kəməri uşaqlarda böyük maraq doğurub. 

Düşərgənin sonuncu günü uşaqlar arasında “talant şousu” və digər maraqlı yarışlar keçirilib. Müsabiqə iştirakçılarına müxtəlif setrifikatlar təqdim edilib.

Qeyd edək ki, düşərgəyə Şimali Kaliforniyadakı türk icmasının təmsilçiləri də qatılıblar. 

Bu layihəni aşağıdakı videolardan izləmək mümkündür:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir