Cəmiyyət

Goranboyda günəbaxan oğurlamaq istəyən şəxsə atəş açıldı

Sharing is caring!

Goranboyda sahədən günəbaxan yığmaq istəyən şəxsə atəş açılıb. 

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib. 

Belə ki, yoldan keçən Sadiq Əliyev adlı şəxs sahəyə daxil olub və günəbaxan yığıb.

Bu zaman sahəyə nəzarət edənlərlə onun arasında dava düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, avqustun 26-da Goranboy rayon Todan kənd sakini S. Əliyev DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək rayonun Erkəc kəndi ərazisində tanımadığı iki nəfərin ona ov tüfəngi ilə atəş açması barədə məlumat verib:

“Müraciət ilə əlaqədar Xocalı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, S.Əliyev yaşadığı evə qayıdan zaman yol kənarında olan günəbaxan sahəsinə daxil olaraq günəbaxan yığıb. Bu zaman sahənin sahibləri Zaur Nağıyev və Şahin Mərdənov ondan sahədən çıxmasını tələb etdiyinə görə aralarında mübahisə yaranıb. 

S.Əliyev sahədən çıxmadığna görə Z.Nağıyev özünə məxsus 12 kalibrli, müvafiq sənədləri olan ov tüfəngi ilə havaya atəş açıb. Həmin şəxslər saxlanılıb, Z.Nağıyevin atəş açdığı və digər bir ov silahı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir