Cəmiyyət

BQXK Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən bioloji nümunələr götürüb

Sharing is caring!

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin 303 ailə üzvündən bioloji istinad nümunəsi toplayıb.

Bu barədə BQXK-nin Bakı Nümayəndəliyinin yaydığı məlumatda bildirilir.

Ümumilikdə 2022-ci ilin ilk altı ayı müddətində BQXK tərəfindən 700 bioloji istinad nümunəsi toplanılıb.

Qeyd edilib ki, bu nümunələr mümkün ekshumasiya zamanı identifikasiyaya dəstək üçün istifadə edilə bilər.

Proses ərzində 47 ailə üzvünə psixo-sosioloji dəstək göstərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir