Cəmiyyət

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb – VİDEO

Sharing is caring!

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazid hərəkətlərinin qarşısı alınıb.

Bu barədə Oxu.Az-a Baş İdarənin rəsmisi Mübariz Ağayev məlumat verib. 

Belə ki, avqustun 26-sı, saat 14 radələrində Bakı şəhər sakini Eltac Məcnunzadənin idarə etdiyi “Hyundai” markalı, 99-SD-435 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə YPXB-nin əməkdaşları tərəfindən yoxlama-nəzarət qaydasında saxlanılıb.

Lakin sürücü sənədləri təqdim etməkdən imtina edərək süni gərginlik yaratmağa çalışıb və qeyri-adekvat hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Eltac Məcnunzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Məhkəmənin qərarı ilə E.Məcnunzadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək iki il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir