Cəmiyyət

Buzovna qayalıqlarında “Mirvari” çimərlik obyektinin meydançası sökülüb – FOTO/VİDEO

Sharing is caring!

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində sahilboyu qayalıqlar olan ərazidə qanunsuz tikililərin sökülməsi davam etdirilir.

Oxu.Az-ın xəbərinə görə, bu gün Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsində dəniz sahilində yerləşən “Mirvari” çimərlik obyektinin ərazisində olan beton örtüklü meydança sökülüb.

Söküntü və ərazidə təmizlik işləri Bakı şəhər və Xəzər rayon kommunal xidmətləri tərəfindən həyata keçirilir.

Hazırda texnikalar cəlb edilməklə ərazidə beton piltələrin və qumun daşınması işləri görülür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir