Cəmiyyət

Neftçalada yod-brom zavodunun tullantı suları kollektora axıdılır – FOTO

Sharing is caring!

Neftçalada yod-brom zavodunun tullantı suları kollektora axıdılır.

“Report” xəbər verirk i, Yeniqışlaq, Mirqurbanlı və digər kəndlərin ərazisindən axan qırmızı-çəhrayı rəngdə su sakinləri narahat edir.

Yerli sakinlər iddia edir ki, bu su “Azəryod” zavodunda yod istehsal edildikdən sonra yaranan tullantı sularıdır və fasiləsiz olaraq Baş Mil-Muğan kollektoruna tökülür, kollektorun vasitəsi ilə Xəzər dənizinə axıdılır.

Sakinlərin fikrincə, ətraf mühit üçün təhlükəli olan kimyəvi sular flora və faunaya ciddi təsir göstərir. Belə ki, torpağı şoranlaşdırır, ətraf ərazidə olan ot örtüyünü məhv edir, balıqların zəhərlənməsinə gətirib çıxarır.

“Azəryod” MMC-dən verilən məlumata görə, istehsal zamanı bu suda heç bir zərərli maddələr yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə daimi müqaviləmiz var. Hər kvartalda nazirlik tərəfindən monitorinq keçirilir, su analiz olunur. Onun tərkibi öyrənilr və tullantıda nəsə zəhərli maddələr olanda bizə məlumat verilir. Ümumiyyətlə elə bir maddələr yoxdur.

Tullantı suyunun qapalı şəraitdə axıdılmasına gəlincə, müəssisədən o da bildirilib ki, bunun üçün artıq lazımi işlər görülür. Demək olar ki, kanalın 1 kilometr hissəsinə polietilen borular çəkilib. Yaxın gələcəkdə qalan hissəsinə də politelen borular çəkiləcək. Bundan sonra tullantı suları qapalı şəraitdə, yəni borular vasitəsilə kollektora ötürüləcək.

Məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də münasibətini öyrəndik. Qurumdan bildirildi ki, Nazirlik tərəfindən həmin ərazidə müntəzəm olaraq monitorinqlər keçirilir və kollektora axıdılan sular ekoloji norma daxilindədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir