Cəmiyyət

Xaçmazda yol qəzası olub, xəsarət alanlar var

Sharing is caring!

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir kİ, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Qusarçay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Fiat” və “Daewoo” markalı avtomobillərin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Rəşid Sədrəddin oğlu Hacıyev və 1994-cü il təvəllüdlü Şəlalə Teyyub qızı Qasımova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir