Cəmiyyət

Bakıda 15 yaşlı qız yoxa çıxdı

Sharing is caring!

Bakıda yeniyetmə qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 15 yaşlı Mürvətova Roza Əliağa qızı avqustun 21-i saat 13 radələrində yaşadığı evdən gedib və geri qayıtmayıb.

Bu barədə onun anası A.Şahverdiyeva Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.

Faktla bağlı adıçəkilən bölmədə araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir