Cəmiyyət

Bakıda üç qız yoxa çıxdı

Sharing is caring!

Bakıda üç qız itkin düşüb.

Lent.az xəbər verir ki, hadisələrdən biri Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini Əliyeva Aydan Elçin qızı avqustun 5-də evdən çıxaraq, naməlum istiqamətdə gedib.

Bu barədə onun anası Y.Mirvilişova rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.

Digər hadisələr Nizami rayonunda olub.

14 yaşlı rayon sakini Allahverdiyeva Şəlalə Niyazi qızı evdən gedərək qayıtmayıb. Bu barədə onun anası M.Həsənova rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə müraciətində bildirib.

Bundan əlavə, Nizami rayon sakini Darılmaz Kezban Mətin qızı avqustun 16-da rəfiqəsinin evinə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb. Hadisə barədə onun anası İ.Darılmaz 24-cü Polis Şöbəsinə bildirib.

Faktlarla bağlı adları çəkilən şöbə və bölmələrdə araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir