Cəmiyyət

Zaqatalada piyada keçidlərindən istifadə etməyən şəxslər barələrində müvafiq tədbirlər görülüb – FOTO

Sharing is caring!

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki avtomobil yollarında təhlükəsizliyin artırılması,piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların maarifləndirilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər. 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan şəxslər saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə ətraflı məlumat verilib və barələrində qanunamüvafiq tədbir görülüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir