Cəmiyyət

Ruslan Əliyev: “Azəriqaz”ın 20-yə yaxın əməkdaşı işdən çıxarılıb”

Sharing is caring!

“Vəzifəsinə qarşı məsuliyyətsiz yanaşanlar töhmətlə işdən çıxarılıb”.

Oxu.Az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, son 7-8 ay ərzində qurumun 20-yə yaxın əməkdaşı işdən çıxarılıb:

“Kim öz vəzifəsini məsuliyyətlə, vicdanla yerinə yetirirsə, problemimiz az olur. Əksini edən töhmət alır. Vətəndaşlarla daim təmasdayıq, həssas yanaşmalıyıq”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir