Cəmiyyət

Şabranda baş verən yanğın Siyəzənə keçib

Sharing is caring!

Siyəzən rayonunda meşə ərazilərində yanğın başlayıb.

“Report”un Şimal bürosu xəbər verir ki, Şabran rayonunda dörd gündür davam edən yanğın Siyəzənə keçib.

Belə ki, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Künövşə və Ərməkolu kəndlərində yanğın davam edir. Yanğın nəticəsində kəndlərin örüş torpaqları və meşə fonduna ciddi zərər dəyib.

Hadisə yerinə FHN-in Xızı, Siyəzən və Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissələrindən üç avtomobil və canlı qüvvə cəlb edilib.

Alovun söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir