Cəmiyyət

Zaqatalada iki avtomobil toqquşub, bir nəfər ölüb

Sharing is caring!

Zaqatalada iki minik avtomobili toqquşub, sürücülərdən biri ölüb, digərinin vəziyyəti ağırdır.

APA-nın məlumatına görə, hadisə avqustun 14-dən 15-ə keçən gecə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib.

Rayonun Aşağı Çardaqlar kənd sakini, 29 yaşlı Yusif Sədrəddin oğlu Musayevin idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə rayonun Höytala kənd sakini, 34 yaşlı Ramazan Əhməd oğlu Qabaçovun idarə etdiyi “Niva” markalı minik avtomobilinin toqquşması nəticəsində hər iki sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılardan Ramazan Qabaçov xəstəxanaya aparılarkən yolda keçinib.

Digər yaralı Yusif Musayev isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir