Cəmiyyət

Qəbələdə yol qəzasında ana və iki yaşlı körpəsi xəsarət alıb

Sharing is caring!

Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1990-cı il təvəllüdlü Yediyarova Şəfa Ələddin qızı və azyaşlı övladı, 2020-ci il təvəllüdlü Yediyarova Duyğu Elşən qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir