Cəmiyyət

Göygöldə zəhərlənən dörd yeniyetmənin SON DURUMU

Sharing is caring!

Göygöldə zəhərlənən dörd yeniyetmə müalicə üçün Bakıya gətirilib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri stabildir, həyati təhlükələri yoxdur. 

Qeyd edək ki, hadisə Göygölün Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb. 2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdları M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdilər. Göygöl Mərkəzi Rayon Xəstəxanasına daxil olanda yeniyetmələrin vəziyyətləri ağır olub. 

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir