Cəmiyyət

ABŞ-ın Azərbaycandakı səfirliyi elektrik enerjisini fərqli üsulla əldə edir – FOTO

Sharing is caring!

ABŞ-ın Bakıdakı səfirliyinin ikinci ofis sahəsi artıq enerji ehtiyaclarının böyük hissəsini günəş panelləri ilə qarşılayır.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Sanki günəşli havanı sevmək üçün başqa bir səbəb lazım idi. İqlim dəyişikliyi ilə mübarizə hər kəsə kömək edir. Səfirlikdə və “Landmark Baku”da yeni günəş panelləri ABŞ-ın Bakıdakı səfirliyinə bərpa olunan enerjidən istifadə etməklə enerji ehtiyaclarını ödəməyə kömək edəcək. Biz istixana qazı emissiyalarının azaldılmasına kömək etmək üçün üzərimizə düşəni edirik”, – deyə məlumatda qeyd edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir