Cəmiyyət

Liviyada girovluqda olmuş azərbaycanlı Bakıya qayıtdıqdan sonra İNTİHAR ETDİ

Sharing is caring!

Bakıda intihar hadisəsi baş verib.  

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əliyev Fərid Hüseyn oğlu yaşadığı evin həyətində özünü asıb.

Fərid Əliyev Türkiyə şirkətinə məxsus gəmidə mühərrik ustası vəzifəsində çalışıb.

O, bir neçə il əvvəl Liviyada girov götürülüb. Təzəlikcə girovluqdan xilas olan F.Əliyev Azərbaycana qayıdıb. 

Fərid Əliyevin girovluqda olduğu zaman keçirdiyi psixi pozğunluq nəticəsində özünə qəsd etdiyi ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir