Cəmiyyət

Azərbaycan Ordusunun hərbçisinin ölümü ilə bağlı əsgər yoldaşı şübhəli bilinir – YENİLƏNİB

Sharing is caring!

Avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Respublika Baş Prokurorluğundan verilən məlumata görə, istintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq tədbirləri davam edir.

10:04

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir