Cəmiyyət

Tərtərdə silahlı insident olub

Sharing is caring!

Tərtər rayonunda silahlı insident baş verib. 

Oxu.Az-ın məlumatına görə, iki şəxs arasında əkin sahəsinin suvarılmasına görə mübahisə düşüb.

Rəsul Ağayev həmkəndlisi Namiq Hüseynova tüfənglə atəş açsa da, güllə onun avtomobilinə dəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dünən saat 9 radələrində DİN-in “102” Zəng Mərkəzinə Tərtər rayonunun Əskipara kəndi ərazisində VAZ-2106 markalı avtomobilə tüfənglə atəş açılaraq ziyan vurulması barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar Tərtər Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlər nəticəsində hadisəni törədən Əskipara kənd sakini Rəsul Ağayev saxlanılıb. Ondan “Ayvaz” markalı ov silahı aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı R.Ağayev və N.Hüseynov aralarında yaranmış mübahisə zamanı ona məxsus VAZ-2106 markalı avtomobilə atəş açdığı müəyyən edilib.

Faktla bağlı Tərtər RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir