Cəmiyyət

Beyləqanda sümük qalıqları aşkarlandı: Araşdırma aparılır

Sharing is caring!

Beyləqan rayonun ərazisində naməlum sümük qalıqları aşkar edilib. 

Oxu.Az-ın məlumatına görə, qalıqlar su kanallarından birinin yaxınlığında aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-a bildirib ki, Beyləqan rayonu ərazisində naməlum sümük qalıqlarının aşkar edilməsi ilə əlaqədar DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub:

“Dərhal rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları həmin əraziyə gediblər. Sümüklər aidiyyəti üzrə götürülüb və ekspertizaya təqdim olunub. Məsələ ilə bağlı araşdırma aparılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir