Cəmiyyət

Sükan arxasında yuxulayan sürücü qəzaya səbəb oldu: Ölən var – FOTO

Sharing is caring!

Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı avtomobillə “Mercedes-Benz” markalı avtomobillərin toqquşması nəticəsində birinci maşının sürücüsü, Füzuli rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Kərimov hadisə yerində ölüb.

Digər sürücü 1988-ci il təvəllüdlü İbişov Rabil Nadir oğlu isə Şirvan şəhərində yerləşən xəstəxanaya yerləşdirilib.

Avtoqəzanın baş verməsinə sürücülərdən birinin sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir