Cəmiyyət

147 yaşlı milli mətbuatımızın əyalətlərdəki oxucusu – VİDEO

Sharing is caring!

Ölkədə qeydiyyatdan keçən minlərlə mətbu nəşrin əksəriyyəti Bakı şəhərində fəaliyyət göstərir, çox az hissəsi isə regionların payına düşür. 

Bəs görəsən, bu gün əyalətlərdə yaşayan oxucu çap mediasına, xüsusilə əyalətdə çap edilən qəzetlərə nə qədər önəm verir? 

Salyanda illərdir qəzet satıcısı işləyən Mənsumə Bayramova deyir ki, hazırda qəzetə daha çox yaşlıların marağı var, gənclər qəzet almırlar.

Qeyd edək ki, bu gün Muğan bölgəsi rayonlarında nəşr edilən əyalət qəzetləri – Salyanın “Qələbə”, Cəlilabadın “Yeni Gün”, Neftçalanın “Gündoğar” nəşrlərinin əsası hələ keçən əsrin 30-cu illərində qoyulub.

Bir vaxtlar Cəlilabadın yeddi-səkkiz minlik tirajla çap edilən “Yeni gün” qəzetində redaktor müavini kimi çalışmış, sonra isə doğma Neftçalada yerli qəzetin aparıcı müəllifi olmuş qocaman jurnalist Əlövsət Tahirli bu gün də qəzetlə əməkdaşlığını davam etdirir. 

Hazırda qəzetlərin yerini, demək olar ki, onlayn media tutur. Lakin mütəxəssislər hesab edirlər ki, 147 yaşını qeyd edən milli mətbuatımızın bir parçası olan əyalət mediasına, bölgələrin yaşamını, həyatını əhatə edən, ona daha yaxın olan yerli mətbuata həmişə ehtiyac var.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir