Cəmiyyət

Yasamalın baxımsız parkı zibil poliqonunu xatırladır – FOTOREPORTAJ

Sharing is caring!

Paytaxtın Yasamal rayonunda antisanitariya hökm sürür.

Belə ki, söhbət alış-veriş mərkəzinin arxasındakı altı hektara yaxın ərazidən gedir.

Bu boş ərazi yoldan keçənlər üçün zibil poliqonuna çevrilib.

Ərazidə su şüşəsindən tutmuş, borular, təkərlər, məişət tullantıları, qırılmış, budanmış ağac budaqlarına qədər tapmaq olar. 

Baxımsız vəziyyətdə qalaraq gündən-günə xarabalığa dönən ərazidə əhali istirahət etmək üçün park salınmasını istəyir.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edildiyi iddia edilsə də, görünən hələ ki zibillikdir.

“Global Photo Stock”un əməkdaşı ərazidən görüntüləri lentə alıb:

Daha çox şəkil burada: Photostock.az 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir