Cəmiyyət

Almaniya və koreyalı iş adamları Qarabağdakı bərpa barədə məlumatlandırılıb – FOTO

Sharing is caring!

Almaniya və Cənubi Koreyadan iş adamlarına Qarabağ İqtisadi Rayonunda aparılan yenidənqurma və bərpa işlər barəsində məlumat verilib.

Bu barədə Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında yazıb.

“Bu gün Almaniya və Cənubi Koreyadan iş adamları Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olublar. Görüşdə qonaqlara Qarabağ İqtisadi Rayonunda aparılan yenidənqurma və bərpa işlər və Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində görülən işlər barəsində məlumat verilib”, – Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir