Cəmiyyət

Nabranda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Sharing is caring!

Xaçmazda istirahət mərkəzində 10 nəfər zəhərlənib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.

Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib.

Hazırda onların zəruri tibbi xidmət göstərilir.

Qeyd edək ki, yerli mediada zəhərlənmənin Nabranda yerləşən “Məkan” istirahət mərkəzində yeməkdən sonra baş verdiyi yazılıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir