Cəmiyyət

Şəmkir İcra başçısının maşını yaşıllıqları məhv edir – FOTO

Sharing is caring!

Bakı şəhərində avtomobil yaşıllıqların üzərində park edilib.

Oxu.Az-ın məlumatına görə, foto Nəsimi rayonu, Cavadxan küçəsi 14 ünvanında çəkilib.

Belə ki, avtomobil sahibi maşını belə saxlamaqla həm yaşıllığı məhv edir, həm də sakinlərin küçədən keçməsinə maneə yaradır.

Avtomobilin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə aid olduğu vurğulanır.

Qeyd edək ki, sözügedən ərazidə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ötən ilin iyul ayında abadlaşdırma işləri aparılıb və sakinlərin ixtiyarına verilib.

İlhamə Əbülfət

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir