Cəmiyyət

14 yaşlı Ərkan leykozdan əziyyət çəkir – FOTO

Sharing is caring!

2008-ci il təvəllüdlü Vəlizadə Ərkan Sərxan oğlu leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Turanə Vəliyeva məlumat verib.

O qeyd edib ki, Ərkan uzun müddətdir bu xəstəliklə mübarizə aparır və maddi olaraq ailə artıq tükənib:

“Biz Qax rayonunda yaşayırıq. Oğlumun xəstəliyini biləndən sonra hər şeyimizi satıb Bakıya gəlməli olduq. Burada kirayədə yaşayırıq. Artıq kimyaterapiyanın 3-cü mərhələsinə başlamalıyıq. Bunun üçün bizə 1200 manat pul lazımdır. Həkim yazan dərmanları ala bilmədiyimiz üçün günü-gündən oğlumun vəziyyəti ağırlaşır. Ağrılara tab gətirə bilmədiyi üçün əsəbləri pozulub. Xalqımdan bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 050 575 25 57

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir