Cəmiyyət

KTM qarpızdan zəhərlənənlərin sayını AÇIQLADI

Sharing is caring!

Hər il yay aylarında qida məhsullarından zəhərlənən insanların sayında artım müşahidə olunur. Onlar arasında qarpızdan zəhərlənənlər də kifayət qədərdir. Bu il Kliniki Tibbi Mərkəzə qarpız zəhərlənməsi şübhəsi ilə iyun ayında 28, iyul ayında isə 57 nəfər müraciət edib. 

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilir ki, qarpızdan zəhərlənənlər arasında ölüm faktı qeydə alınmayıb.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir