Cəmiyyət

Qızın şəkillərini yayıb anasından pul istədi, ələ keçdi

Sharing is caring!

Qaradağda 19 yaşlı oğlan qız şəkillərindən istifadə edərək açdığı səhifə vasitəsilə müxtəlif şəxslərdən pul tələb edib. 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bununla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Bakı şəhər sakini olan bir qadın tərəfindən müraciət daxil olub.

O bildirib ki, qızının şəkillərindən istifadə edən şəxs sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir edib, habelə ona hədə-qorxu gələrək pul tələb edib.

Əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir