Cəmiyyət

Cəlilabadda qəza olub, xəsarət alanlar var

Sharing is caring!

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı VAZ-2107 markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Avtomobilin aşması nəticəsində sərnişin, rayon sakini, 1975-ci il təvəllüdlü S.İsayeva və sürücü xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir