Cəmiyyət

Nahid Bağırov İsmayıllıdan xaricə ixrac ediləcək velosipedlərdən DANIŞDI – FOTO

Sharing is caring!

“İsmayıllı Velosiped İstehsalı Zavodu” MMC artıq yerli bazarla yanaşı, xaricə də məhsul ixrac edir”.

Bu barədə Oxu.Az-a İsmayıllı rayonunun icra başçısı Nahid Bağırov məlumat verib.

O bildirib ki, icra başçısı təyin olunduğu dövrdən zavod fəaliyyətə başlayıb və investorlar da cəlb olunublar:

“Artıq iki ildir, zavodun fəaliyyəti bərpa edilib. Təkcə ötən il 50 min velosiped istehsalı üçün zəruri olan hissələr alınaraq Azərbaycana gətirilib. Həmin hissələr Yaponiyadan, Çindən və digər ölkələrdən alınır. Hissələr burada sadəcə olaraq birləşdirilir və yerli bazara satışa çıxarılır. Xarici ölkəyə də ixrac edilən velosipedlər var. Onu da qeyd edim ki, artıq investorlar da dəyişiblər, zavodun fəaliyyətinin də genişləndirilməsi planlaşdırılır”.

İcra başçısı gələcəkdə İsmayıllıda əlilliyi olan şəxslər üçün nəzərdə tutulan əlil arabalarının da istehsalına başlanılması ilə bağlı fikirlərin olduğunu diqqətə çatdırıb:

“Gələcəkdə bir çox yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə investorlarla, aidiyyəti qurumlarla danışıqlar da aparılır. Əlilliyi olan şəxslər üçün həm mexaniki, həm də elektron arabaların istehsalına başlamağı düşünürük”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir