Cəmiyyət

Ağalı sakinləri Zəngilana qayıdırlar: İlk mərhələdə köçəcək 41 ailə müayinə olundu – VİDEO

Sharing is caring!

İyulun 19-da 41 ailə Zəngilanın Ağalı kəndinə köçürüləcək. Bu məqsədlə həmin ailələr sağlamlıq mərkəzində müayinə olunmağa çağırılıblar.

30 illik həsrətdən sonra doğma kəndlərinə qayıtmağa sayılı günlər qalan sakinlər ata-baba yurdlarına geri döndükləri üçün sevincli olduqlarını qeyd ediblər.

Müayinə prosesi iki gün ərzində Masazır Ailə Sağlamlıq Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasında davam edəcək. Həm böyüklər, həm də uşaqlar həkim-terapevtlər və pediatrlar tərəfindən müayinə olunduqdan sonra evə buraxılacaqlar. Kiminsə səhhətində problem yaranarsa, o, müalicə olunduqdan sonra doğma yurduna qayıda biləcək.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir